Neft bazarı Hörmüzdə tankerlərin vurulmasına belə reaksiya verdi

ABŞ-la İranın daha geniş miqyaslı zərbə mübadiləsi, SEPAH-ın Hörmüzdə iki supertankeri vurması fonunda dünya neft bazarında yeni bahalaşma dalğası müşahidə olunur.

Musavat.com xəbər verir ki, Londonun ICE birjasında Brent neftinin qiyməti 1,5 dollara yaxın bahalaşmaqla 85 dollara yaxınlaşıb.

Nyu-Yorkun NYMEX birjasında WTI neftinin qiymətində 1,4 dollar artım qeydə alınıb. Bu neft hazırda 80 dollara ticarət olunur.

Musavat.com

 

 

 

14.07.2026 10:10
934