ABŞ-İran münaqişəsindəki növbəti gərginlik fonunda dünya neft bazarında qiymətlər 100 dolların üstündə qalmağa davam edir.
Musavat.com xəbər verir ki, ötən gün ABŞ energetika naziri Kris Rayt hər gün Hörmüz boğazından 11-12 milyon barel neft daşındığını açıqlayıb. Onun sözlərinə görə, Hörmüzdənkənar yollarla daşınmalar ilin əvvəlindən bəri kəskin artıb. Bu isə neft bazarında qıtlığın yaranmasının qarşısını alır.
Qeyd edək ki, son günlər Səudiyyə Ərəbistanı neftinin Hörmüzə alternativi olan Bab-əl Məndəb boğazında husilərin yaratdığı təhlükə Ər-Riyadın Ənsər-Allaha qarşı başlatdığı əməliyyat səbəbindən bir qədər azalıb.
Bütün bunların fonunda Brent neftinin qiyməti hazırda 101-102 dollar aralığında dəyişir.
WTI nefti isə 96-97 dollara ticarət olunur.
Musavat.com