Niderland Kralı İlham Əliyevi TƏBRİK ETDİ

Niderland Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, Niderland Kralının təbrik məktubunda deyilir:

"Zatı-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.

Bu bayram münasibətilə Azərbaycan xalqına firavanlıq diləyir və ən xoş arzularımı çatdırıram".

22.05.2026 17:51
408