Bəzi nüfuzlu ABŞ Respublikaçı qanunvericiləri Vaşinqton üçün əlverişsiz şərtlərdən ehtiyat edərək ABŞ prezidenti Donald Tramp administrasiyasına İranla sülh razılaşmasına tələsməmək barədə xəbərdar edir.
Musavat.com xəbər verir ki, məlumatı Politico yayıb: "Prezident Donald Trampın İranla sülh danışıqları aparmaq istəyi gözlənilməz bir mənbədən - Ağ Evin pis bir razılaşma əldə edəcəyindən qorxan Respublikaçı qırğıların müqaviməti ilə qarşılaşır.
Əsas Respublikaçılar xəbərdarlıq ediblər ki, İranla tələsik razılaşma Tehrana regionu təhdid etmək və Hörmüz boğazında ticarət gəmiçiliyini pozmaq üçün vasitələri verə bilər".
Nəşrin qeyd etdiyinə görə, respublikaçılar hesab edirlər ki, "ən mübahisəli məsələlər arasında İranın nüvə proqramının gələcəyi, o cümlədən yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatı və boğazda sərbəst naviqasiyanın təmin edilməsi var":
"Bir neçə nüfuzlu respublikaçı administrasiyanı danışıqlardan imtinaya və İrana təzyiqi davam etdirməıyə məcbur edir".
Onların arasında Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Viker (Missisipi ştatından Respublikaçı) da var. O, əvvəllər İrana bombardman hücumlarının bərpasına çağırmışdı. Senator Tom Tillis (Şimali Karolina ştatından Respublikaçı) administrasiyanın İranla potensial müqavilələrlə bağlı "aydınlaşdırmalı olduğu çox şey olduğunu" vurğulayıb.
Musavat.com