Nusret Gökçe İranın hər gün vurduğu şəhərə getdi – Elə VİDEO paylaşdı ki...

Sosial şəbəkələrdəki videoları və şəbəkə restoranları ilə tanınan aşpaz Nusret Gökçe İranın hər gün vurduğu Dubaya gedib.

Musavat.com-un xəbərinə görə, şəhərə çatdıqdan sonra sosial media hesabında video paylaşan məşhur iş adamı Dubaya olan bağlılığını belə ifadə edib:

“Evə qayıtdım. Möhtəşəm insanlar, möhtəşəm şəhər. Biz buradayıq, birlikdəyik”.

Bölgədəki siyasi gərginliyə baxmayaraq, Nusret paylaşımında Dubayın təhlükəsiz şəhər olduğunu vurğulayıb. Onun bu paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Musavat.com

09.03.2026 03:56
1654