“OBA” Marketlər şəbəkəsi saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edir

Son günlər sosial şəbəkələrdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər şəbəkəsinin adı ilə yayılan qeyri-rəsmi kampaniya və müsabiqələrin şirkətlə heç bir əlaqəsi yoxdur.

Rəsmi kommunikasiya kanallarımızda paylaşılmayan heç bir aksiya, lotereya və ya kampaniya “OBA”ya aid deyil.

Müştərilərə belə hallarda ehtiyatlı olmaq tövsiyə edilir:

* Şübhəli linklərə daxil olmamaq;

* Rəsmi səhifələrdə yayımlanmayan məlumatlara inanmamaq;

* Dolayı yollarla yayılan elanlarla bağlı diqqətli olmaq.

"OBA" Marketlər şəbəkəsi yalnız öz rəsmi platformalarında paylaşdığı məlumatlara görə məsuliyyət daşıdığını və müştərilərin təhlükəsizliyinin prioritet olduğunu vurğulayır.

16.12.2025 11:49
480