Ödənişli yolda yük maşını kişini vurub öldürdü

Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Xaçmaz rayon sakini Səbuhi Mahmudovu yük avtomobili vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.\APA

31.01.2026 15:30
710