"Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə" - VİDEO

Müğənni Samirə Əliməryəm oğlunu evləndirmək istədiyini açıqlayıb.

Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb.

O, 27 yaşlı oğlunun hələlik ailə qurmaq barədə düşünmədiyini bildirib:

"İndi nənə olmaq istəyirəm. Cavan nənə olmaq gözəldir. Oğlum evə bir pişik gətirib deyir ki, "Bu da sənə nəvə". İndi oturub pişiyə baxıram. Özü isə başqa düşüncədədir, evlənmək istəmir". (Axşam.az)

11.07.2026 23:25
1105