Ölümdən dönən 49 yaşlı tanınmış aktyora daha bir ŞOK - FOTO

Daxili qanaxma keçirən tanınmış aktyor Murat Cemcir 4 gündən sonra reanimasiyadan palataya köçürülüb.

Musavat.com xəbər verir ki, 49 yaşlı aktyorun müalicəsi davam edir.

Cemcirin bu durumunda illərlə qardaş dediyi tərəfdaşı Ahmet Kuralın onu ziyarət edib-etmədiyi maraq doğurub.

CEMCİR.jpg (150 KB)

Jurnalist Müge Dağıstanlı “Yeniçağ” qəzetində dərc olunan köşə yazısında bu barədə diqqətçəkən iddia irəli sürüb.

Dağıstanlı yazısında qeyd edib:

“Ahmet Kural xəstəxanaya getməyib. Bir zamanlar “qardaşıyam” dediyi Murat Cemciri nə axtarıb, nə də halını soruşub. Hətta bu mövzuda sual gəlməsin deyə telefonunu söndürdüyü deyilir”.

Musavat.com

06.12.2025 16:18
1238