Pakistanda DƏHŞƏT: Xəstəxanada partlayış - 14 körpə diri-diri yandı

Pakistanda xəstəxanada baş verən yanğın nəticəsində azı 14 yenidoğulmuş körpə həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə xilas etmə xidmətlərindəki mənbələrə istinadən Pakistanın "Geo" telekanalı məlumat yayıb.

Yanğın ölkə paytaxtı İslamabadda yerləşən Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) ginekologiya şöbəsində baş verib.

Faciəyə kondisionerin kompressorunun partlaması səbəb olub.

Musavat.com

26.08.2026 09:58
751