Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin vəzifədən kənarlaşdırılması prosesinin artıq başladığını bildirib.
Musavat.com xəbər verir ki, bu barədə o, jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Baş nazir prosesin davam etdiyini və qaçılmaz olaraq başa çatacağını bildirib.
"Bu günlərdə Ermənistanda mənəvi yenilənmə baş verir və mən bunu böyük sevinclə qeyd edirəm", - deyə o, əlavə edib.
Musavat.com