Paşinyan Moskvaya GEDİR - Putinlə GÖRÜŞƏCƏK

Rusiya prezidenti Vladimir Putin sabah, aprelin 1-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyan ilə danışıqlar aparacaq.

Musavat.com xəbər verir ki, Paşinyan Rusiyaya işgüzar səfərə yollanır.

Görüşün gündəliyinə Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, Avrasiya məkanında inteqrasiya qarşılıqlı fəaliyyəti, həmçinin aktual regional məsələlər daxildir. Tərəflərin xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəyi gözlənilir.

Ermənistan hökumətinin mətbuat xidməti də Nikol Paşinyanın işgüzar səfəri və Rusiya prezidenti ilə planlaşdırılan görüşü barədə rəsmi məlumat yayıb.

Musavat.com

31.03.2026 14:18
790