Paşinyan Vaşinqton görüşünün nəticələrini Aİ səfirləri ilə MÜZAKİRƏ ETDİ

Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqton sammitinin nəticələrini Avropa İttifaqına üzv dövlətlərin səfirləri ilə müzakirə edib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Söhbət zamanı tərəflər Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlərin hazırkı gündəliyini və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Xüsusi diqqət sammitdən sonra regiondakı vəziyyətə, eləcə də Ermənistan ilə Azərbaycan arasında davamlı sülhün təmin olunması məsələlərinə yönəldilib.

Musavat.com

 

11.11.2025 16:26
653