Paşinyandan erməni diasporu ilə bağlı ŞOK AÇIQLAMA: "Əksinə, başqa dövlətlər bizə təsir edir"

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə xaricdəki erməni diasporu arasındakı münasibətlərə dair diqqətçəkən və kəskin bir etiraf edib.

Musavat.com xəbər verir ki, Baş nazir diasporanın Ermənistanın xarici siyasətindəki rolu ilə bağlı illərdir formalaşan yanaşmanın tam əksinə işlədiyini bəyan edib.

Paşinyan çıxışında bildirib ki, uzun müddət diasporanın Ermənistan üçün yerləşdiyi ölkələrdə bir təsir mexanizmi olduğu düşünülüb: "Bizə elə gəlir ki, diaspor Ermənistanın həmin ölkədəki təsir vasitəsidir. Lakin bunun tam əksi də doğrudur.

Biz son vaxtlar bir daha əmin olduq ki, diaspor həmin ölkələrin Ermənistana təsir göstərməsi üçün bir vasitəyə çevrilir".

Musavat.com

11.09.2026 13:27
612