Paşinyandan Kərki kəndi ilə bağlı KRİTİK XƏBƏRDARLIQ

Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə Kərki (Taqranaşen) kəndinin Azərbaycana qaytarılması məsələsinə toxunaraq, bu prosese qarşı çıxan qüvvələrə kəskin xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, Ermənistan rəhbəri Kərkinin Azərbaycana təhvil verilməsinə imkan verməyəcəklərini bəyan edən şəxslərin regionda yeni müharibəni təhrik etdiklərini bildirib. 

Paşinyan problemin necə həll olunacağı məsələsinə aydınlıq gətirərək vurğulayıb ki, mövcud reallıqları və faktları təsbit etmək bir məsələdirsə, yerlərdə konkret həll yolları tapmaq tamamilə fərqli bir mərhələdir.

Baş nazir hazırda bu mövzuda rəsmi bir razılaşmanın olmadığını diqqətə çatdırıb. Hökumətin əsas məqsədinin bu məsələ ətrafında yaradılmış gərgin və "əsəbi" atmosferi aradan qaldırmaq, eləcə də rasional həll yollarına nail olmaq olduğunu qeyd edən Paşinyan, Kərki ətrafında eskalasiya riskini gördüyünü və məhz bunun qarşısını əvvəlcədən almaq üçün bu həqiqətləri açıq şəkildə bəyan etdiyini bildirib. 

Musavat.com

11.09.2026 15:03
1114