Pekin ABŞ-dan tələb etdi: dərhal azad et!

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bazar günü bildirib ki, Pekin ABŞ-ni Venesuela prezidenti Nikolas Maduronu və həyat yoldaşını dərhal azad etməyə çağırıb.

Musavat.com bu barədə xəbər verir, departament sözçüsü bu bəyanatı ABŞ-nin şənbə günü keçirdiyi əməliyyatla bağlı verib.

"Çin Maduronun və onun həyat yoldaşının ABŞ tərəfindən zorla tutulması və ölkədən çıxarılması ilə bağlı ciddi narahatlığını ifadə edir",- sözçü deyib.

O, əlavə edib ki, ABŞ-ın hərəkətləri beynəlxalq hüququn, beynəlxalq münasibətlərin fundamental normalarının, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin açıq şəkildə pozulmasıdır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ölkəsi ABŞ-ni Maduronun və onun həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməyə, onları dərhal azad etməyə, Venesuela hökumətinin devrilməsini dayandırmağa və problemləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırır.

Musavat.com

04.01.2026 11:53
2500