Pezeşkian Ermənistana gedir - BU TARİXDƏ

İran prezidenti Məsud Pezeşkian avqustun 18-21-də Ermənistana səfər edəcək.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Ermənistan Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Pezeşkianın səfəri çərçivəsində avqustun 19-da İrəvanda biznes forum keçiriləcək.

İran tərəfdən sənaye, yol tikintisi, kənd təsərrüfatı, əczaçılıq, yüngül sənaye və digər sektorların nümayəndələri biznes forumda iştirak etmək arzusunda olduqlarını bildiriblər.

Musavat.com

12.08.2025 19:08
770