Dünyada evində pişik saxlayan ailələrin payına görə ölkələrin reytinqi açıqlanıb.
Musavat.com xəbər verir ki, Seasia Stats-ın 2025–2026-cı illəri əhatə edən məlumatlarına əsasən, siyahının lideri Rusiya olub. Rusiyada ailələrin təxminən 60 faizinin evində ən azı bir pişik var.
İkinci yerdə 48 faiz göstərici ilə Rumıniya, üçüncü yerdə isə 47 faizlə İndoneziya qərarlaşıb.
İlk onluğa həmçinin Filippin, Tailand, Polşa, Yeni Zelandiya, ABŞ, Latviya və Macarıstan daxil olub.
Beləliklə, Rusiyada təxminən hər 10 ailədən 6-sının ən azı bir pişik saxladığı bildirilir.
Musavat.com