Prezidentdən Tofiq Bakıxanovla bağlı SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bakıxanovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Musavat.com-un məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin".

08.12.2025 11:46
994