Rusiya prezidenti Vladimir Putin Bişkekdə çıxışı zamanı xarici işlər naziri Sergey Lavrovun nüfuzdan düşməsi ilə bağlı xəbərləri “cəfəngiyyat” adlandırıb.
Musavat.com xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, Lavrov iş qrafiki ilə əlaqədar son səfərlərdə iştirak etməyib və hazırda Amerika tərəfi ilə görüşə hazırlaşır.
“The Moscow Times” daha əvvəl yazıb ki, Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə uğursuz danışıqlarından sonra nüfuzunu itirib və son görüşlərdə iştirak etməyib.
Musavat.com