Türkiyənin cənubundakı Dənizli vilayətində baş verən şəhərlərarası avtobus qəzasında 8 nəfər ölüb, 33 nəfər yaralanıb.
Musavat.com "TRT Haber"ə istinadən xəbər verir ki, avtobus İzmirdən Antalyaya gedirmiş.
Qəza Dənizli-Aydın avtomobil yolunda, Saraköy kəndi yaxınlığında baş verib və hələlik məlum olmayan səbəblərdən avtobus səkiyə çırpılaraq alovlanıb.
Hadisə yerinə təcili yardım maşınları, xilasetmə qrupları və yanğınsöndürənlər göndərilib. Polis hadisənin səbəbini və şəraitini araşdırır.
Avtobusda 37 Türkiyə vətəndaşı olub.
Musavat.com