Qardaşının 40-ı çıxan gün atası öldü

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın atası dünyasını dəyişib.

Bu barədə Lent.az-a aktrisanın ailəvi dostu, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva məlumat verib.

Məlumata görə, Məcid Əliyev bu gün səhər 5 radələrində 88 yaşında vəfat edib.

"Ötən gün Tünzalənin qardaşı Elxanın 40-nı verdilər. Bu gün də atası dünyasını dəyişdi. Yaşanılan şeylər təbii ki, ağır olub".

Qeyd edək ki, T.Əliyeva 22 yanvar 2023-cü ildə onkoloji xəstəlikdən dünyasını dəyişib. Onun qardaşı Elxan Bayramov isə 58 yaşında Moskvada ürək çatışmazlığından vəfat edib və Gəncədə dəfn olunub.

07.08.2026 18:15
1014