Qəzzada növbəti sui-qəsd: O da öldürüldü

Qəzza zolağında mülki bir nəqliyyat vasitəsinə birbaşa hava hücumu həyata keçirilib.

Musavat.com xəbər verir ki, yerli mənbələrin məlumatına görə, hücumun sui-qəsd məqsədi daşıdığı bildirilir.

İddialara əsasən, hücumun əsas hədəfi HƏMAS-ın silahlı qanadı olan Qəssam Briqadalarının ikinci rəhbəri Raid Saad olub. Zərbə endirilən nəqliyyat vasitəsindən heç kimin sağ çıxmadığı qeyd edilir.

Lakin hazırda Raid Saadın hücum zamanı avtomobildə olub-olmaması dəqiqləşdirilməyib. Rəsmi tərəflərdən məsələ ilə bağlı təsdiqləyici açıqlama verilməyib.

Hadisə bölgədə gərginliyin daha da artacağı ehtimallarını gücləndirir.

Musavat.com

13.12.2025 18:30
711