Bakının mərkəzində təhlükəli anlar: Qış parkının yaxınlığında 18 nömrəli avtobus yandı
Musavat.com xəbər verir ki, Bakının mərkəzində, "Qış parkı"nın yaxınlığında 18 nömrəli sərnişin avtobusunda yanğın baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.
Xəsarət alan olmayıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
Musavat.com