“Qızılağac” qoruğunda yanğın

Neftçala rayonunun Mikayıllı kəndində “Qızılağac” Dövlət Təbiət Qoruğunun ərazisində 15 ha sahədə quru ot və kol-kos yanıb.

Musavat.com xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

08.07.2026 12:41
547