QMİ sədri süni intellektlə bağlı görün nələr dedi

“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir”.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.

O qeyd edib ki, süni intellektlə bağlı məsələlərin müzakirəsi üçün müftilərin xüsusi görüşü keçirilməlidir.

“Dindarlar bu mövzuda bizim fikirlərimizi gözləyirlər”, - Allahşükür Paşazadə bildirib.

14.09.2026 12:23
820