Rusiyada məktəblərdə müəllim heyətinin yaşlanması və gənc kadr çatışmazlığı ciddi problemə çevrilib.
Musavat.com xəbər verir ki, araşdırmanın nəticələrinə görə, ölkədə məktəb müəllimlərinin təxminən 45 faizi 50 yaşdan yuxarıdır. Yaşı 30-dan aşağı olan müəllimlərin payı isə cəmi 15 faiz təşkil edir.
Məktəblərdə pensiya yaşına yaxın və pensiya yaşında olan müəllimlərin payı da sürətlə artır. Belə müəllimlərin göstəricisi 2010-cu ildə 18 faiz olduğu halda, 2024-cü ildə 29 faizə yüksəlib.
Xabarovskdan olan müəllim vəziyyəti şərh edərkən bildirib ki, gənclər məktəblərdə işləməyə həvəs göstərmirlər və kadr çatışmazlığı ciddi şəkildə hiss olunur.
“Yaşlı müəllimləri əvəz edəcək adam yoxdur”, – deyə müəllim bildirib.
Musavat.com