Parlamentdə növbəti dəfə quru sərhədlərimizin açılması ilə bağlı hökumətə çağırış edilib.
Musavat.com-un məlumatına görə, deputat Qüdrət Həsənquliyev iclasda iştirak edən hökumətə müraciət edib:
“Hökuməti bir daha çağırıram ki, sərhədlərin açılması məsələsinə baxılsın. Siyavuş müəllim (Novruzov - red.) qeyd etdi, ölkənin daxilində ictimai təhlükəsizlik, dövlət təhlükəsizliyi yüksək səviyyədə qorunur, təmin olunur, müvafiq dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər.
![]()
Ona görə heç bir təhlükəsizlik təhdidi yoxdur və ola da bilməz. Biz sərhədləri açmalıyıq ki, ən azı Gürcüstandan olan azərbaycanlılar, İranda yaşayan azərbaycanlılar öz vətənlərinə gələ bilsinlər”.
E.Paşasoy,
Musavat.com