Quş sürüsü iki ölkə arasında az qala savaşa səbəb olacaqdı – Son anda...

Polşada Belarus istiqamətindən gələn naməlum obyekt hərbçiləri hərəkətə keçirib.

Musavat.com xəbər verir ki, sərhədə hərbi helikopter göndərilsə də, az sonra radarların qeydə aldığı “şübhəli obyekt”in əslində böyük quş sürüsü olduğu məlum olub.

Hadisə sentyabrın 6-da gündüz saatlarında baş verib.

Polşa hərbçiləri radar ekranlarında Belarus ərazisi istiqamətindən ölkəyə doğru hərəkət edən şübhəli siqnal qeydə alıblar. Potensial sərhəd pozucusunun nə olduğunu müəyyənləşdirmək üçün dərhal hərbi helikopter havaya qaldırılıb.

Bir müddət sonra həyəcanın səbəbi aydınlaşıb. Radarların naməlum uçan obyekt kimi qeydə aldığı siqnal böyük quş sürüsü imiş.

Musavat.com

08.09.2026 02:13
2548