Ramil İmranovun nəşi Vətənə gətirildi 

Azərbaycanın Təbrizdə yol qəzasında vəfat edən baş konsulu Ramil İmranovun nəşi anadan olduğu Alxasava kəndinə gətirilib.

Bu barədə Musavat.com-a Göyçay rayon icra başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Kamil Xəlilov məlumat verib.

O bildirib ki, baş konsul kəndin qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Ramil İmranov Culfa-Təbriz avtomagistral yolunda, Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşərək həlak olub.

Şahanə Rəhimli
Musavat.com

25.05.2026 13:39
1080