Robert Köçəryan həbs edilə bilər

Musavat.com xəbər verir ki, Ermənistanın Antikorrupsiya Komitəsi keçmiş prezident Robert Köçəryan da daxil olmaqla 6 şəxsin həbs edilməsi üçün Antikorrupsiya Məhkəməsinə vəsatət təqdim edib.

İstintaq xüsusilə külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma faktları üzrə aparılır.

Cinayət işi çərçivəsində eks-prezidentlə yanaşı, onun böyük oğlu Sedrak Köçəryan, 1999–2009-cu illərdə Hökumət bağları təsərrüfatının direktoru işləmiş A. O. və onun ailə üzvləri saxlanılıb. Məlumata görə, saxlanılan keçmiş dövlət başçısı Robert Köçəryan lazımi tibbi müayinələrdən keçdikdən sonra məhkəməyə gətiriləcək.

Artıq eks-prezidentin böyük oğlu Sedrak Köçəryan barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə hakim Vardges Stepanyanın sədrliyi ilə baxılır.

 

Musavat.com

25.08.2026 23:11
1052