Rusiya Kilsəsi Şaxta Baba inancını qadağan etdi

Musavat.com xəbər verir ki, Rusiya Pravoslav Kilsəsinin ruhaniləri ruslara Şaxta Babaya “inanmağı” qadağan etdiklərini bəyan ediblər. Din xadimlərinin sözlərinə görə, Şaxta Baba real varlıq deyil və ona inanc xristian təlimləri ilə ziddiyyət təşkil edir.

Ruhanilər vurğulayıblar ki, Şaxta Baba yalnız uşaqlara hədiyyə gətirən nağıl personajıdır, lakin heç bir halda inanc obyektinə çevrilməməlidir. Kilsə bildirib ki, xristianlar üçün yeganə inanc predmeti İsa Məsihdir, buna görə də bayram obrazlarının kultlaşdırılması doğru hesab olunmur.

Bu açıqlama Rusiyada geniş müzakirələrə səbəb olub. Bəzi vətəndaşlar bunu kilsənin “həddindən artıq sərt reaksiyası” kimi qiymətləndirir, digərləri isə “uşaqlara həqiqətin izah edilməsi” kimi dəyərləndirir.

 

Musavat.com

19.11.2025 03:48
876