Rusiya orbitdə antikosmik silah yerləşdirmiş ola bilər

Amerika Birləşmiş Ştatları (ABŞ) hesab edir ki, Rusiya artıq kosmosa antikosmos silahı ilə bir neçə uçan aparat göndərib.

Pentaqonun sözçüsü Pat Rayderin mayın 21-də deməsinə görə, beş gün əvvəl Rusiyanın kosmosa buraxdığı peyk, çox güman ki, Yerin aşağı orbitində peyklərə hücum edə bilən kosmik silahdır.

Onun Amerika peykləri üçün təhlükə olub-olmaması ilə bağlı sualın cavabında Pentaqon sözçüsü vurğulayıb ki, bu, onların peykləri ilə eyni orbitdə yerləşən peyk əleyhinə silahdır: "Şübhəsiz ki, biz bu obyekti izləyəcəyik".

"Reuters" izah edir ki, söhbət Rusiyanın "Kosmos 2576" peykindən gedir, o, 2019, 2022-ci illərdə buraxılan və Pentaqonun kosmik silah olduğunu təxmin etdiyi Rusiya peyklərinə bənzəyir. Bu peyklərdən biri uzun müddət Amerika kəşfiyyat peykini izləyib. ABŞ analitiklərin sözlərinə görə, yeni Rusiya peyki ölkələrinin "USA-314" kəşfiyyat peyki ilə eyni orbitə çıxarılıb və, yəqin ki, gələcəkdə onun yağınlığında olacaq.

Kosmosa silah yerləşdirilməsi məsələsi son həftələrdə BMT-də Rusiya ilə ABŞ arasında qarşıdurmaya səbəb olub.//AzadlıqRadiosu

22.05.2024 10:53
382