Rusiya “Son zəngi” də LƏĞV etdi: Ukrayna dronları Kreml üçün KABUSA dönüb – TV Musavat

Rusiyanın Velikiy Novqorod şəhərində “Son zəng” məzun mərasimi təhlükəsizlik səbəbi ilə ləğv edilib. Bu barədə şəhər rəhbərliyindən məlumat verilib.

Ümumi bayram tədbiri olmayacaq. “Son zəng” birbaşa təhsil müəssisələrində keçiriləcək”, - məlumatda deyilib.

Qeyd edək ki, əvvəllər məktəb, gimnaziya və lisey məzunları üçün ümumşəhər şənlikləri may ayının sonlarında Velikiy Novqorodun mərkəzi meydanında keçirilirdi. Şənlik 2020-2022-ci illərdə KOVİD-19 pandemiyası, 2023-2025-ci illərdə isə təhlükəsizlik səbəbindən ləğv edilib.

“Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə danışıqların yalnız müəyyən fraqmentləri ictimaiyyətə məlum olsa da, atəşkəs və sülh müqaviləsinin bağlanması üçün çox iş görüldüyünə dair əlamətlər var”.

Bunu Böyük Britaniya Silahlı Qüvvələrinin polkovniki Hamiş de Bretton-Qordon Ukrayna mediasına deyib.

“Hər şey hadisələrin çox fəal şəkildə inkişaf etdiyini göstərir. Moskvadan gələn siqnallar - bu, ilk dəfə baş verdi, guya “xüsusi hərbi əməliyyat”ın başa çatdığına dair siqnallar yaxşı əlamətdir. Əvvəlki arqumentlərimdən birinə və yazdıqlarıma qayıdaraq, Ukraynanın mövqelərini gücləndirdiyinə görə, əminəm ki, Prezident Zelenski Putinin keçən il təklif etdiyi sülh müqaviləsi versiyasını imzalamağa tələsməyəcək”, - polkovnik bildirib.

Bretton-Qordon əlavə edib ki, danışıqlar masasında vəziyyət dəyişib, Ukrayna ötən illə müqayisədə daha əlverişli durumdadır. “Əminəm ki, dünyada hər kəs Ukrayna üçün atəşkəs və ədalətli sülh razılaşması görmək istərdi, amma vəziyyət kökündən dəyişib. Rusiyanın əvvəlki müzakirələr zamanı təklif etdiyi şeylər və ərazilərlə bağlı bəzi tələbləri, Ukrayna ordusunun ölçüsü və Ukraynanın Qərblə münasibətləri - bütün bunlar indi fərqli görünür. Ümid edək ki, Yaxın Şərqə fokuslanan Tramp ABŞ-də keçiriləcək aralıq seçkilərinə qədər Ukrayna üçün ədalətli sülhü təmin edə biləcək”.

Polkovnik atəşkəs və sülh razılaşmasına ən qısa zamanda nail ola biləcək yeganə şəxsin ABŞ Prezidenti Donald Tramp olduğunu vurğulayıb: “Çünki ABŞ-nin bunun üçün bütün lazımi vasitələri var”.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Vaqif Hüseynlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

19.05.2026 15:43
1091