Rusiya və Azərbaycan Baş nazirləri telefon danışığı apardı

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Hökuməti məlumat yayıb.

Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi və elmi-texniki əməkdaşlığının aktual məsələlərini, habelə Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini müzakirə ediblər.
05.12.2025 17:30
529