Rusiya XİN-dən xarici səfirliklərə xüsusi müraciət – Kiyevdə gərginlik pik həddə

Rusiya Kiyevə qarşı yeni və kütləvi cavab zərbələrinin endiriləcəyini bəyan edərək Ukraynadakı xarici diplomatik korpusa ciddi xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova xüsusi açıqlama verib. Rusiya rəsmisi Kiyevə qarşı hərbi zərbələrin indiyə qədər endirildiyini və bundan sonra da davam etdiriləcəyini qətiyyətlə vurğulayıb.

Zaxarovanın sözlərinə görə, Rusiya XİN yaxın vaxtlarda xüsusi bəyanatla çıxış edəcək.

Bu bəyanatda Ukrayna paytaxtında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinə və səfirliklərə yönəlmiş genişmiqyaslı və təfərrüatlı xəbərdarlığın yer alacağı bildirilib.

Musavat.com

25.05.2026 15:28
544