Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka diyarında 5,8 bal gücündə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərindən təxminən 271 kilometr aralıda qeydə alınıb. Zəlzələnin ocağı 69,5 kilometr dərinlikdə yerləşib.

Hadisə ilə bağlı məlumat Rusiya Elmlər Akademiyasına bağlı seysmoloji qurum tərəfindən açıqlanıb. İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində dağıntı və ya tələfat barədə xəbər verilməyib. 

 

Musavat.com

13.12.2025 00:03
1893