Rusiyada cəmi 30 faiz vətəndaş öz yaxınlarının Ukraynada döyüşməsini dəstəkləyir.
Musavat.com xəbər verir ki, “Levada Mərkəzi”nin yeni sorğusuna əsasən, respondentlərin 55 faizi ailə üzvünün müharibəyə getməsi qərarını qətiyyən dəstəkləmir.
Respondentlərin altıda biri (təxminən 60%) həmçinin hesab edir ki, müharibə dayandırılmalı və sülh danışıqları başlanmalıdır.
2023-cü ilin mayında vəziyyət fərqli idi - o vaxt müharibəyə könüllü gedən yaxınını dəstəkləyənlərin payı 52%, əleyhinə olanların isə 41% idi. İndi bu nisbət tərsinə dəyişib.
Adının açıqlanmasını istəməyən rus sosioloq “Agentstvo”ya bildirib ki, bu nəticələr rus cəmiyyətində müharibədən dərin mənəvi və sosial yorğunluğun göstəricisidir.
Musavat.com