Musavat.com xəbər verir ki, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi sahəsində Federal Xidməti ("Rospotrebnadzor") ölkə bazarında apardığı yoxlamalar zamanı Ermənistandan idxal edilən konyak və şərab məhsullarında "icbari texniki təhlükəsizlik tələblərinə uyğunsuzluq" aşkar edib və bu məhsulların bütün Rusiya ərazisində satışının təcili olaraq dayandırılması barədə rəsmi və qəti sərəncam verib.
Rəsmi qurumun qərarı ilə Ermənistanın ən böyük alkoqollu içki istehsalçısı olan üç nəhəng şirkətin məhsullarına tam qadağa qoyulub.
"Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya qarşı qeyri-dost siyasət yürüdür".
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
O bildirib ki, Paşinyan Moskvanın təklif etdiyi imkanlardan istehzalı şəkildə istifadə edir və bu, doğru addım deyil.
Volodin əlavə edib ki, Ukrayna da vaxtilə oxşar davranış sərgiləyib:
"Bu, yaxşılığa doğru aparmır".
TV Musavat-ın saat 12:10-da canlı yayımlanan "Həftə içi" verilişində hüquqşünas, sabiq deputat Qulamhüseyn Əlibəyli sualları cavablandırır.