"Rusiyanın Donbasda irəliləyiş tempi tısbağa sürətinə düşüb"

Donbas istiqamətində döyüşlərin gedişi ilə bağlı yeni məlumatlar Rusiya ordusunun hücum sürətinin əhəmiyyətli dərəcədə zəiflədiyini göstərir.

Musavat.com xəbər verir ki, “The New York Times” nəşrinin yazdığına görə, bəzi cəbhə xəttlərində Ukrayna qüvvələri mövqelərini geri qaytara bilib.

Məlumata görə, hazırkı hücum tempi dəyişməz qalarsa, Moskvanın Donbası tam nəzarətə götürməsi üçün 30 ildən çox vaxt lazım ola bilər.

Nəşr bildirir ki, müasir döyüşlərdə dronların geniş istifadəsi iri miqyaslı hücum əməliyyatlarının əvvəlki kimi effektiv olmasına mane olur.

Bununla yanaşı, Rusiyada rabitə problemləri və Telegram-la bağlı tətbiq olunan məhdudiyyətlərin də əməliyyatlara əlavə çətinlik yaratdığı qeyd edilir.

Musavat.com

11.05.2026 21:43
1171