Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Avropa İttifaqı sammiti Rusiyaya qarşı bütün sanksiyaları altı ay - 31 iyul 2026-cı ilə qədər uzatmaqla bağlı qərar qəbul edib.

Musavat.com xəbər verir ki, məlumatı Avropa Şurasının prezidenti Antonio Costa Aİ sammitinin ilk günündən sonra keçirilən mətbuat konfransında açıqlayıb: "Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarına gəldik".

Qeyd edək ki, Rusiyaya qarşı əvvəllər qəbul edilmiş 19 sanksiya paketinin hamısı hər altı aydan bir eyni vaxtda - hər il 31 yanvar və 31 iyula qədər uzadılır. 

Musavat.com

19.12.2025 10:06
361