Sabirabadda faciə: Körpü çökdü, sürücü kanala düşərək öldü - Video  

Sabirabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, 1988-ci il təvəllüdlü Nurlan Kərimov pambıqyığan maşınla Sarxanbəyli kəndi ərazisində körpüdən keçərkən körpü qəfil çöküb.

Nəticədə texnika kanala aşıb. Hadisə zamanı sürücü ağır xəsarətlər alaraq hadisə yerində həyatını itirib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.



Şahanə Rəhimli
Musavat.com

25.12.2025 14:49
830