Sabunçuda avtobus piyadanı vurub öldürdü

Bakıda avtobus piyadanı vurub.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

45 yaşlı Kamalova Gülbəniz İsa qızını avtobus vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

22.08.2026 15:55
940