Şagirdlər arasında bıçaqlanma - 5 nəfər yaralandı

Türkiyədə məktəblilər arasında bıçaqlanma olub.

Hadisə Başakşehir rayonunda yerləşən Şeyx Şamil İmam Hatip orta məktəbində baş verib.

Şagirdlər arasında naməlum səbəbdən dava olub. Dava zamanı onlardan biri bıçaqla 5 nəfəri yaralayıb.

Yaralılar hadisə yerinə göndərilən təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb. Onların müalicəsinə başlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.//Lent.az

06.10.2026 11:36
972