Şamaxıda zəncirvari QƏZA - Ölən var

Şamaxı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Şamaxı rayonu ərazisində "Ford Transit" markalı avtomobil yolun kənarında dayanan "Niva", daha sonra isə "VAZ-2107" markalı avtomobilə çırpılıb.

Nəticədə "VAZ"ın sərnişini, 44 yaşlı Rasim Ömərov aldığı xəsarətlərdən ölüb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.//Report

29.08.2025 15:22
702