Samvel Karapetyanın həbs müddəti yenidən uzadıldı

Ermənistan məhkəməsi tanınmış iş adamı Samvel Karapetyanın həbs müddətini daha 30 gün uzadıb.

Musavat.com xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Qeyd edək ki, Karapetyan iyunun 18-dən etibarən həbsdə saxlanılır. O, hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunur.

Biznesmen özünə qarşı irəli sürülən ittihamları qəbul etmir və bunun siyasi sifariş olduğunu bildirir.

Musavat.com

16.10.2025 10:10
605