Səhhəti pisləşən Əməkdar artist xəstəxanaya yerləşdirildi

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə Report-a teatrdan məlumat verilib.

Onun hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə aldığı və vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir.

04.10.2025 22:58
5234