Şəmkirdə DƏHŞƏT: "Ceyran" peçi kişini öldürdü

Şəmkirdə kişi qazdan boğulub.

Lent.az xəbər verir ki, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini 21 yaşlı Məmmədov Ruhlan Etibar oğlu yaşadığı evin yataq otağında quraşdırılmış qazla işləyən “Ceyran” tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

30.01.2026 09:40
1072