Şəmkirdə qatar 24 yaşlı oğlanı vurub.
Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə rayonun Sabirkənd kəndində baş verib.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan Bakı-Tiflis-Bakı sərnişin qatarı qəfil dəmiryoluna çıxan kənd sakini, 2002-ci il təvəllüdlü Rahil Vəliyevi vurub.
24 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.