İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-nin müasir "Dive-LD" avtonom sualtı aparatını ələ keçirdiyini bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə SEPAH HDQ-nin bəyanatında bildirilir:
"Hörmüz boğazının girişində ABŞ ordusuna məxsus ən müasir intellektual pilotsuz sualtı aparatlardan biri ələ keçirilib".
Qurumdan verilən məlumata görə, söhbət 2025-ci ildən etibarən ABŞ HDQ-nin təchizatına daxil edilən "Dive-LD" avtonom sualtı dronundan gedir.
Musavat.com